Modern.az

Bakıda Türkiyə vətəndaşının aptekini qarət edib, maşınını oğurladılar

Bakıda Türkiyə vətəndaşının aptekini qarət edib, maşınını oğurladılar

10 Sentyabr 2017, 23:22

Paytaxtda aptekdən oğurluq edilib. Modern.az lent.az-a istinadən xəbər verir ki, oğurluq Xətai rayonu, Məhəmməd Hadi küçəsi 80 ünvanında törədilib. Aptekin sahibi, Türkiyə vətəndaşı Yazar Levent Servet oğlu polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında qapını sındırmaq yolu ilə oradan 300 manat götürüb.

 

Həmin şəxslər aptekin siyirməsindən obyektin qarşısındakı “Seat İbiza” markalı avtomobilin açarını götürərək maşını da qaçırıblar.

 

Faktla bağlı araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi