Modern.az

Hacıqabulda yaşlı kişi bıçaqlandı

Hacıqabulda yaşlı kişi bıçaqlandı

10 Sentyabr 2017, 23:57

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nəsimi Allahverdiyev küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 56 yaşlı Mail Sabir oğlu Həsənzadə naməlum şəxs tərəfindən 2 bıçaq yarası alıb. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi