Modern.az

Texasda atışma - 8 nəfər öldü

Texasda atışma - 8 nəfər öldü

11 Sentyabr 2017, 09:11

Axşam saatlarında Texas ştatının Pleyno şəhərində atışma baş verib.

 

Modern.az xarici KİV-ə isinadla bildirir ki,  atışma nəticəsində silahlı hücum edən də daxil olmaqla azı 8 nəfərin ölüb.

 

İnsident axşam saat 8 radələrində evlərin birində baş verdiyi qeyd olunur. Atışma baş verən kimi polisə məlumat daxil olub. Hadisə yerinə dərhal gələn polisin açdığı atəşlə də hücum edən şəxs məhv edilib.

 

2 nəfərin xəsarət aldığı da bildirilir, lakin onların vəziyyəti barədə hələ məlumat verilməyib.

 

Məlumata görə, hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib. 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi