Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ  

Sabah hava necə olacaq? - PROQNOZ   

11 Sentyabr 2017, 12:51

Ekologiya və Təbii Sərvətlər NazirliyiAzərbaycanda sabaha olan hava proqnozu açıqlayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, sentyabrın 12-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-32° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 14-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi