Modern.az

Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi təyin olundu  

Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi təyin olundu   

11 Sentyabr 2017, 14:59

“Neftçi” futbol klubuna yeni baş məşqçi təyin olunub. Modern.azxəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Komandanı bir vaxtlar “Neftçi”də oynamış Tərlan Əhmədov çalışdıracaq. Onunla mövsümün sonunadək müqavilə bağlanıb. Tərlan Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.

Topaz Premyer Liqasının V turunda sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi