Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.
Modern.az"APA-Economics"ə istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.
X. Abdullayevin yerinə təyinat baş verməyib.
X. Abdullayev məsələylə bağlı açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.
Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.