Modern.az

“Çelsi”-Qarabağ” oyununun siyasi ƏHƏMİYYƏTİ

“Çelsi”-Qarabağ” oyununun siyasi ƏHƏMİYYƏTİ

12 Sentyabr 2017, 11:55

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.  Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxacaq. Komandamız səfərdə Avropanın aparıcı klublarından olan London “Çelsi”sinin qonağı olacaq.

 

“Qarabağ” futbol klubunun Çempionlar Liqasında qrup mərhələsində iştirakının siyasi əhəmiyyəti nədir?

 

Məsələ ilə bağlı “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  Modern.az-a açıqlama verib.

 

Politoloq bildirib ki, “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışının böyük siyasi əhəmiyyəti var.

 

“Biz illərdir Qərbdə təbliğat aparırıq ki, Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur. Bu əzəli Azərbaycan torpağıdır. Bu təbliğata kifayət qədər vaxt və enerji sərf edilib, konfranslar keçirilib və s. “Qarabağ” klubu Avropanın 32 ən yaxşı klubu arasında yer almaqla bu təbliğatımızı gücləndirdi”.

 

Ekspertin sözlərinə görə, Avropada yaşayan milyonlarla futbol azarkeşi Qarabağın Azərbaycana aid olduğunu anladı.

 

“Qrup mərhələsində oyunlar davam etdikcə “Azərbaycanın “Qarabağ” klubu” ifadəsi yüz milyonlarla avropalının, hətta amerikalıların qulaqlarında cingildəyəcək. Bu çox mühüm nəticədir.

 

Digər tərəfdən minlərlə futbol şərhçisinin dili ilə qərblilərin diqqətinə o da çatdırılacaq ki, Avropa klubları arasında yeganə “Qarabağ” klubudur ki, öz meydanında çıxış edə bilmir. Bunun səbəbini öyrənmək istəyən istənilən xarici vətəndaş Ağdamın erməni işğalı altında olduğunu faktı ilə də üzləşəcək. Bu da Azərbaycan üçün mühüm nəticədir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi