Modern.az

Mətbuata və barışa həssas REAKSİYA  

Mətbuata və barışa həssas REAKSİYA   

Aktual

12 Sentyabr 2017, 15:20

Azərbaycan Prezidenti İlham Əliyevin 11 sentyabrda qəbul etdiyi bir sıra qərarlar media və sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb.
Prezidentin “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciətə müsbət cavab verməsi ictimaiyyət tərəfindən razılıqla qarşılanıb.

Ölkə başçısının həm də Qarabağa qanunsuz səfərə görə məhkum edilmiş İsrail əsilli bloqqer, iki ölkənin vətəndaşı olan Aleksandr Lapşini əfv etməsi humanst addım kimi qiymətləndirilib.
Bu addımları barışa və vətəndaş cəmiyyətinə yönəlik mesaj kimi dəyərləndirənlər Prezident İlham Əliyevi vacib qərarlara görə təqdir ediblər.

Amma bununla yanaşı, məsələyə başqa aspektdən yanaşanlar da var. Bəzi KİV-lərdə və sosial şəbəkələr açılan müzakirə iştirakçıları Azərbaycanınbeynəlxalq dairələrin təzyiqi qarşısında güzəştlərə getdiyi qənaətindədirlər. Onlar iddia edirlər ki, əks təqdirdə, Azərbaycana qarşı hansısa sanksiyaların qüvvəyə minəcəyi qaçılmaz idi...



Amma bu birmənalıdır ki, Azərbaycanın daxili və xarici siyasəti yalnız xalqın mənafeyinin qorunmasına hesablanıb. Bu baxımdan istər jurnalist Mehman Əliyevin, istərsə də bloqqer Aleksandr Lapşinin azad edilməsi ölkə Prezidentinin humanist mövqeyi, milli maraqlarımızın və dövlətçiliyimizin qorunmasına istiqamətlənmiş  addımdır.

Azərbaycan dövləti beynəlxalq qanunlara riayət edir, qarşıya qoyulmuş öhdəlikləri yerinə yetirir. Lakin ölkəmizə qarşı bəzi beynəlxalq təşkilatların, QHT-lərin, ikili standartlarla yanaşaraq, öz məqsədləri üçün təzyiq etməyə çalışması şübhəsiz ki, qəbuledilməzdir və Azərbaycan dövlətinin siyasi nüfuzunun zədələnməsinə hesablanıb.
 

Azərbaycan dövləti kiminsə diktəsi ilə siyasət yürütmür. Odur ki, Prezident İlham Əliyev tərəfindən atılmış bu humanist addımı Qərbin hegemon dövlətlərinin və antiazərbaycan fəaliyyəti ilə məşğul olan beynəlxalq təşkilatların “təzyiqi” ilə əlaqələndirmək kökündən yanlışdır.


Təəssüflər olsun ki, xarici siyasi qüvvələrin təsiri altında olan ölkədaxili qruplaşmalar hər dəfə fürsətdən istifadə etdikləri kimi, bu dəfə də eyni mövqe sərgiləyərək, ölkə Prezidentinin bu humanist addımına kölgə salmağa çalışırlar.

Düşünürük ki, bu cür fikirləri yayanlar ölkəmizin müstəqilliyinə kölgə salmaq niyyətindədirlər. Lakin onalr bilməlidirlər ki, həyata keçirdikləri antiazərbaycan fəaliyyət heç bir fayda verməyəcək. Bu qarayaxma kampaniyalarına baxmayaq, Azərbaycan dövləti və hökuməti tutduğu yolda daim irəli addımlayacaqdır.

Azərbaycan dövləti və Prezidenti hər zaman humanist mövqedən çıxış edib. Elə atılan son addım da bu qəbildəndir və ölkə başçısının “Mən hər bir Azərbaycanlının prezidentiyəm” ifadəsinə sadiqliyinin növbəti nümunəsi kimi qiymətləndirilməlidir.

 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi