Ukrayna polisi sentyabrın 10-da Polşa-Ukrayna sərhədini qanunsuz keçməkdə Mixail Saakaşviliyə yardım edən 5 nəfəri saxlayıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar polisə güc tətbiq etməkdə təqsirləndirilir.
Ümumilikdə, hadisələr zamanı fəal iştirakçı olan 32 nəfərin şəxsiyyəti müəyyən olunub, 100 nəfər isə ifadə almağa dəvət alıb.