Modern.az

Kredit Zəmanət Fondunun yaradılması nələr vəd edir?

Kredit Zəmanət Fondunun yaradılması nələr vəd edir?

15 Sentyabr 2017, 15:18

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılması ilə bağlı fərman imzalayıb.

 

Modern.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev Kredit Zəmanəti Fondunun yaradılmasının vacib addım olduğunu açıqlayıb:

“Bu, kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər. Fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problemi – sahibkarların kredit resurslarına çıxışı məhdudiyyətini qismən aradan qaldıra bilər. Dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər.

 

Fondun üstünlükləri çoxdur: bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riski aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir.

 

İri sahibkarlıq subyektlərindən fərqli olaraq kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri, müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur”.

 

Mütəxəssis bildirib ki, elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər:

 

“Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurssuz qalırlar.

 

Azərbaycanda yaradılacaq Fondun səlahiyyətləri barədə ümumi təsəvvür olsa da Əsasnamə təsdiq olunduqdan sonra real qiymət vermək mümkün olacaq. Yeni yaradılacaq Fondun qarşısında çoxlu vəzifələr durur:

 

- Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir;

 

- Maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir;

 

- Fond, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri dəqiq işlənməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır;

 

- Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə nisbəti 50%-də az, 80%-dən çox olmamalıdır;

 

- Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir;

 

Belə bir maliyyə institutu yaradılması müsbət haldır. Onun reallıqda işlək mexanizm olması isə daha vacibdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi