Modern.az

Göygölə turist axını rekord vurdu - 4153 əcnəbi, 69524 azərbaycanlı...  

Göygölə turist axını rekord vurdu - 4153 əcnəbi, 69524 azərbaycanlı...   

15 Sentyabr 2017, 16:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2017-cı il başlayandan bu günədək "Göygöl" Milli Parkını ziyarət edən turistlərin sayını açıqlayıb.

 

Qurumun mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, bu il başlayandan sentyabrın 15-dək  Milli parkı 73677  nəfər ziyarət edib. Belə ki, bu il ərzində ziyarətdə olan turistlərdən  4153-ü əcnəbi, 69524-ü isə azərbaycanlı vətəndaşlar  olub.

Qeyd edək ki, 2008-ci ildən “Göygöl”ə Milli Park statusu verilib. Göygöl Milli Parkının  yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və   tədbirlər həyata keçirilib.

2015-ci ildən etibarən qoruq ziyarətçilər üçün açıq elan olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi