Modern.az

Bu il 1782 nəfər yaşamaq üçün Azərbaycana gəlib

Bu il 1782 nəfər yaşamaq üçün Azərbaycana gəlib

15 Sentyabr 2017, 19:51

Bu ilin yanvar-iyul ayları ərzində daimi yaşamaq üçün 1782 nəfər Azərbaycana gəlib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, bu müddətdə 1002 nəfər Azərbaycandan gedib. 7 ayın miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.

 

Azərbaycan əhalisinin sayına gəldikdə isə ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 48,879 nəfər və ya 0,5 faiz artaraq 2017-ci il avqust ayının 1-i vəziyyətinə 9 milyon 858 min 860 nəfərə çatıb.

 

Qeyd edək ki, əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi