Bu gün Şamaxı rayonunun Məlcək kəndində yeni tikilən ümumi orta məktəb binasının açılışı olub. Modern.az xəbər verir ki, məktəbin binası Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunub.
Məktəbin direktoru Sənəm Rəsulovanın aparıcılığı ilə keçən açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnisə Ələkbərova, Şamaxı rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Şamaxının millət vəkili Elxan Süleymanov və kənd ağsaqqalları çıxış ediblər. Elxan Süleymanovun nəvələri, məktəbin şagirdləri Ana, Məktəb və Vətən haqqında şeirlər söyləyiblər. 16 nəfər birinci sinif şagirdinə millət vəkili dərs vəsaiti ləvazimatlarını hədiyyə edib.