Yol polisləri avtomobillərin dövlət nömrə nişanına baxaraq şəhərə buraxırlar. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, 10,90 və 99-olmayan dövlət nömrə nişanlı avtomobillərin sürücülərinə yaxınlıqdakı ödənişsiz dayanacaqda saxlamaları tövsiyyə edilərək geri qaytarılır.
Görüntülər səhər saatlarında paytaxtın Şimal girişində, daha dəqiqi ''Xırdalan'' dairəsi yaxınlığında lentə alınıb. Həmin ərazidə yol polis postu qurularaq rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulub. Məqsəd Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınmasıdır.
Baş Dövlət Yol Polisi İdrəsinin Tağım Komandiri, rayondan gələn sürücülərə avtobuslardan və yaxud da qatardan istifadə etməyi tövsiyyə edir. Lakin bəzi sürüclərin bu məhdudiyyətlərdən hələ də xəbərsiz olduğu məlum olub.
Tətbiq edilən məhdudiyyət müddəti hər il may ayının 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:30-dan axşam saat 20:00-dək qüvvədədir. Baş Dövlət Yol Polis İdrəsinin Tağım Komandiri Ürfət Şükürov deyir ki, əgər hansısa sürücü axşamdan şəhərə daxil olub səhər saatlarında da paytaxtda hərəkətdə olarsa, onun avtomobili yol polisi tərəfindən şəhərdən çıxarılacaq.