Modern.az

Ən təhlükəli virus ildə 1,3 milyon insan öldürür

Ən təhlükəli virus ildə 1,3 milyon insan öldürür

15 Sentyabr 2017, 22:51

Yer kürəsində ən təhlükəli virus hepatit virusu hesab olunub. Modern.az "Trend"ə istinadən xəbər verir ki, bu virus HİV, malyariya və vərəm viruslarından daha çox ölümə səbəb olur.

 

Qeyd olunur ki, hər il 1,3 milyon adam hepatitin qurbanı olur.

 

Tuberkulyozdan ildə 1,2 milyon, HİV-dən 1 milyondan çox, malyariyadan isə 719 min adam həlak olur.

 

Hepatiti təhlükəli edən məsələ bu virusdan ölüm hallarının azalması yox, əksinə artmasıdır.

 

Son illər ərzində hepatitdən ölüm halları 22 faiz artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi