Modern.az

İstanbulda 74 İŞİD-çi tutuldu

İstanbulda 74 İŞİD-çi tutuldu

16 Sentyabr 2017, 11:36

İstanbulda İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 74 nəfər saxlanılıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə İstanbul şəhər Polis İdarəsi məlumat yayıb.  

 

Bildirilib ki, İstanbul polisi bu gün səhər saatlarında şəhərin 15 ayrı-ayrı ünvanlarında əməliyyat keçirib.

 

Məlumata görə, saxlanılanlar hamısı xarici ölkə vətəndaşlarıdırlar. Lakin onların şəxsiyyəti və hansı ölkə vətəndaşları olması barədə məlumat açıqlanmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi