Modern.az

Bakıda qadın və şəriki 14 nəfərə qarşı dələduzluq edib

Bakıda qadın və şəriki 14 nəfərə qarşı dələduzluq edib

16 Sentyabr 2017, 13:08

Bakıda 14 nəfərə qarşı dələduzluq edən dəstə üzvləri saxlanılıb.

 

Bu haqda Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Dürrə İsmayılovanın və Rəşad Mustafayevin ətraflarında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə bü şəxslərin 2015-ci ilin avqust ayından cari il may ayınadək olan müddətdə Bakı şəhər sakinləri olan 14 nəfəri aldadaraq ümumilikdə 34150 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmələri müəyyən edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi