Modern.az

Bakı daha bir yarışa ev sahibliyi edəcək

Bakı daha bir yarışa ev sahibliyi edəcək

16 Sentyabr 2017, 13:27

Yeniyetmələrin Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışın ev sahibi açıqlanıb.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-averilən məlumata görə, bu mötəbər turnir Bakıya həvalə edilib.

 

Yarış gələn il iyunun 22-23-də olacaq. Paytaxtımızda ilk dəfə təşkil olunacaq turnirdə oğlan və qız idman gimnastları arasında ən güclülər müəyyənləşəcək. Yarış Milli Gimnastika Arenasında baş tutacaq. Yeniyetmələrin Yay Olimpiya Oyunları isə 2018-ci il oktyabrın 6-12-də Buenos-Ayresdə olacaq.

 

Qeyd edək ki, gələn il aprelin 12-15-də Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı da təşkil olunacaq.

 

Bu çempionat çərçivəsində keçiriləcək təsnifat xarakterli yarışlarda isə Buenos-Ayresə yollanacaq yeniyetmə batutçular, həmçinin 2019-cu ilin Avropa Oyunlarında (Belarus) iştirak edəcək batutçuların adları dəqiqləşəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi