Modern.az

Sərkisyanın son ana qədər gizli saxlanılan ABŞ səfəri

Sərkisyanın son ana qədər gizli saxlanılan ABŞ səfəri

18 Sentyabr 2017, 22:57

Ermənistan prezidenti Serj Sərkisyan bu gün ABŞ-a səfər edib. Modern.az Musavat.com-a istinadən xəbər verir ki, Sərkisyan Nyu Yorkda, BMT-nin Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, onun çıxışı da nəzərdə tutulub. Səfər çərçivəsində erməni prezidentin BMT-nin baş katibi Antonio Quterreşlə görüşü planlaşdırılır. Sərkisyanın digər ikitərəfli görüşlərinin də nəzərdə tutulduğu bildirilib, lakin bu barədə konkret açıqlama verilməyib.

 

Diqqətçəkən odur ki, S.Sərkisyanın ABŞ-a səfəri barədə son ana qədər məlumat verilmirdi. Lakin Azərbaycan prezidentinin ABŞ-a yollanmasından sonra o da Nyu Yorka səfər etdi. Bu arada, ABŞ-da Qarabağla bağlı prezidentlər səviyyəsində görüşün keçirilə biləcəyi ehtimalı olsa da, bu, real görünmür.

 

Qeyd edək ki, elə bu gün İrəvandakı “Ermənistan-Diaspora” forumunda çıxış edən S.Sərkisyan Dağlıq Qarabağın “müstəqilliyinin” alternativinin olmadığı barədə təxribatçı bəyanat səsləndirib, bununla da növbəti danışıqların taleyini sual altına qoyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi