Modern.az

Gəncədə yaşlı kişi döyülərək xəsarət alıb

Gəncədə yaşlı kişi döyülərək xəsarət alıb

18 Sentyabr 2017, 23:29

Gəncədə döyülmə faktı qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1945-cı il təvəllüdlü Talıb Məmmədov bud nahiyəsinin sınığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. T.Məmmədov avtobus dayanacağında mübahisə zəminində tanımadığı şəxs tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi