Modern.az

Moskvada Azərbaycan vətəndaşı güllələndi, Yenilənib - VİDEO

Moskvada Azərbaycan vətəndaşı güllələndi, Yenilənib - VİDEO

19 Sentyabr 2017, 00:58

Moskvanın cənub-qərbində Azərbaycan vətəndaşının güllələnərək öldürülməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri üzrə (Qətl) açılıb.

Azərbaycan vətəndaşı hadisə zamanı bir neçə güllə yarası alıb. Güllələrdən biri onun başına dəyib.

Qətl Xarkov keçidində yerləşən yaşayış evlərinin yaxınlığında törədilib. Məlumata görə, cinayət sifariş xarakterli olub.

Hazırda istintaq cinayətdə əli olan şəxs və ya şəxslərin kimliyini müəyyən edir.

 

23:58

 

Moskvada Azərbaycan vətəndaşı güllələnərək öldürülüb. Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hadisə bu gün Moskvanın cənubunda baş verib. “Azərbaycan vətəndaşı yaxın məsafədən açılan atəş nəticəsində ölüb. Qətlin əvvəlcədən planlaşdırıldığı güman edilir. Hazırda sifarişli qətl versiyası nəzərdən keçirilir”, mənbə bildirib.

Moskva üzrə Daxili İşlər Nazirliyi Baş İdarəsindən faktı təsdiqləsələr də, hadisənin detallarını açıqlamayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi