Modern.az

Arif Rəhimzadə hesabat verdi

Arif Rəhimzadə hesabat verdi

19 Sentyabr 2017, 12:37

Milli Məclisinin Regional məsələlər komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, komitə sədri Arif Rəhimzadə parlamentin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat verib.

 

O xatırladıb ki, komitə bu müddət ərzində 8 iclas keçirib, bu iclaslarda 12 məsələ müzakirə olunub.

                            

Sonra Regional məsələlər komitəsinin payız sessiyası üçün iş planı layihəsi haqqında məlumat verilib.

 

Bildirilib ki, sessiya müddətində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qayadaları haqqında” Əsasnamədə dəyişiklik layihələri müzakirə olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi