Modern.az

Məktəb direktoru məhkəmə zalındaca həbs olundu

Məktəb direktoru məhkəmə zalındaca həbs olundu

21 Sentyabr 2017, 11:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağamusa Salahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

 

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, A. Salahov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Salahov məhkəmə zalından həbs edilib.

 

Qeyd edək ki, A. Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. O, attestat düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi