Modern.az

Qoyun oğrulari “isti izlər”lə saxlanıldı

Qoyun oğrulari “isti izlər”lə saxlanıldı

21 Sentyabr 2017, 12:08

Sentyabrın 19-da Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. 


DİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həmin gün saat 1 radələrində Şirvan şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Ramil Abbasobvun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı orada 2 baş qoyun aşkar edilib.


Sürücü və sərnişinləri – Sabirabad rayon sakinləri Hacı və Tural Əmiraslanovlar saxlanılaraq ŞPŞ-yə gətiriliblər. Araşdırmalar zamanı onlar izahatlarında qeyd edilən qoyunları Saatlı rayonu ərazisindəki fermalardan birindən oğurladıqlarını etiraf ediblər.


Hər üç şəxs toplanmış materiallarla birgə Saatlı RPŞ-yə təhvil veriliblər. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi