Modern.az

“Təfəkkür”ün 300-ə yaxın tələbəsi digər universitetlərə köçürülüb - RƏSMİ  

“Təfəkkür”ün 300-ə yaxın tələbəsi digər universitetlərə köçürülüb - RƏSMİ   

21 Sentyabr 2017, 12:19

“Bu günə kimi Təfəkkür Universitetinin 300-ə yaxın tələbəsi digər ali məktəblərə köçürülüb. Ötən 5 gün ərzində Təfəkkür Universitetinin daha 100-ə yaxın tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, artıq bu günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə yaxındır. Digər ali məktəblərə köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət etmələri üçün son tarix sentyabrın 25-də başa çatır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi