Modern.az

Zərərçəkmiş MTN generalına su atdı – Məhkəmədə QALMAQAL

Zərərçəkmiş MTN generalına su atdı – Məhkəmədə QALMAQAL

21 Sentyabr 2017, 13:08

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E. Quliyev bildirib ki, iclasa gələn şahidlər öyrədilib. Bu, zərərçəkmiş Maqsud Mahmudovun narazılığına səbəb olub. M. Mahmudov deyib ki, E. Quliyev kimi generallar MTN-i dağıdıblar.

 

Bu zaman E. Quliyev zərərçəkmişləri "dələduz" adlandırıb. Tərəflər arasında mübahisə yaranıb. Onlar bir-birlərinin ünvanına təhqiramiz sözlər işlədiblər.

 

M. Mahmudov stəkandakı suyu E. Quliyevə atıb. Bundan sonra hakim M. Mahmudovun zaldan çıxarılmasına göstəriş verib.

 

Proses sentyabrın 22-də davam etdiriləcək.

 

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi