Modern.az

Cəbhəyanı bölgələrdə fermerlərə təlimlər keçirilir

Cəbhəyanı bölgələrdə fermerlərə təlimlər keçirilir

20 Sentyabr 2017, 14:37

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək" İctimai Birliyi tərəfindən "Cəbhəyanı bölgələrdə ailə fermer təsərrüfatının səmərəli idarə olunmasına dair maarifləndirmə tədbirləri" layihəsi həyata keçirir.

Layihəyə əsasən Füzuli rayonunun Yuxarı Kürdmahmudlu, Beyləqan rayonunun Allahyarlı, Yuxarı Kəbirli kəndlərində və Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonunun Xocavənd qəsəbəsində yaşayaraq heyvandarlıqla məşğul olan fermerlərin öz təsərrüfatlarını səmərəli idarə etmələri üzrə bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.

Təlimlərdə “heyvanların cins tərkibinin yaxşılaşdırılması və mal-qaranın bəslənmə şəraitinin (tövlə) təkmilləşdirilməsi”, “südlük mal-qaranın bonitirovkası”, “süd istehsalı və keyfiyyətinin yaxşılaşdırılmasına təsir edən amillər”, “iri buynuzlu mal-qaranın tövlə şəraitində bəslənməsi üzrə zootexniki tələblər”, “yemçilikdə kooperasiyanın tətbiqinin əhəmiyyəti” və digər movzularda fermerlərə izahatlar veriləcək və yaranan suallalara aydınlıq gətirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi