Modern.az

Metro tikintisində çalışanlar ixtisar olunub  

Metro tikintisində çalışanlar ixtisar olunub  

26 Sentyabr 2017, 09:01

"Bakı Metropoliteni” QSC bəzi işçilərin öz hesabına məzuniyyətə göndərilməsi, əmək haqqı ala bilməməsilə ilə bağlı xəbərlərə münasibət bildirib.


Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a deyib ki, bu, qurumun tikinti sektorunda iş həcminin azalması ilə bağlıdır:

“Metroda tikintidə iş həcmi azaldığı üçün işçilər növbəli halda məzuniyyətə gedir. Məzuniyyətə gedənlər əsasən, “Bənövşəyi xətt”in tikintisində işləyirdilər. Onlar “Avtovağzal”, “Memar Əcəmi” və şərti adı “B-3” olan stansiyaların tikintisində çalışırdılar. İndi “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında iş yekunlaşıb və stansiyalar artıq istifadəyə verilib. Ona görə də həmin stansiyaların tikintisində işləyənlər növbəli məzuniyyətə gedir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI