Ötən gecə Şamaxı rayonu ərazisində, Pirquludan 12 kilometr şimal-qərbdə 3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, hadisə yerli vaxtla saat 00:32:11-də qeydə alınıb, zəlzələ hiss olunmayıb.