"Turizm sahəsində hər şey idealdır, deyə bilmərik. Bu sahəfə axsayan yerlərimiz də çoxdur".
Modern.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, çəkilən əziyyətlərə baxmayaraq, yay-çimərlik sahəsində xidmətlərin artırılmasında istənilən nəticələrə nail ola bilməmişik.
"Yay-çimərliyi bəzi yerlərdə uğurlu oldu ,bəzi yerlərdə isə baş tutmadı. Nəticə olaaq nümunəvi çimərliklərin yaradılmasına, beynəlxalq təşkilat tərəfindən qəbul olunacaq standartlara nail ola bilmedik. Bu proses proses davam edir və yerli icra hakimiyyətləri də bununla məşğuldur. Ümid edirəm ki, gələn il bu sahədə böyük inkişaf edəcək. Sevindirici haldır ki, insanların sayının çox olmasına baxmayaraq, çimərlikdə faciəvi hadisələrin sayı çox olmadı".
"Cəmiyyətdə ölkəyə gələn turistlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Deyilir ki, turistlər özlərini apara bilmirlər, geyimləri pisdi. Bəzi turistlərin açıq geyimindən, bəziləri isə qapalı geyimindən şikayətlənir. Bu heç də yaxşı hal deyil. Dünyada tanınmaq istəyiriksə, o zaman başqa ölkələrdən insanlar gəlib Azərbaycanı görməlidirlər",- Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xaricə səfər edən Azərbaycan vətəndaşlarının davranışı yaxşı səviyyədə deyildi.
"Turistlərin davranışları ilə bağlı bütün insanlar birgə çalışmalıdır. Qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır. Əgər bizi tanımaqlarını istəyiriksə, bu yolda müəyyən qədər iş görülməlidir".