Sentyabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan dili mərkəzinin təşəbbüsü ilə Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia universitetinTərcümə və mədəniyyətşünaslıq fakültəsinin italyan dili ixtisasında təhsil alan I və III kurs tələbələri iləgörüş keçirib.O,“Bakı və Neapol şəhərlərinin qardaşlaşmış şəhərlər olmasının 45 illiyi və İtaliya-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi” mövzusunda çıxış edib.
Modern.az xəbər verir ki, Görüşdə qonaq Bakı və İtaliyanın Neapol şəhərləri arasında dostluq əlaqələrinin tarixi, ölkələrimiz arasında işgüzar və mədəni əlaqələrin inkişafı barədə geniş məlumat verib. O, Neapol universitetlərinin birində Azərbaycan mərkəzinin açılması təşəbbüsünü irəli sürdüyünü bildirib.
Aktiv müzakirəşəraitində keçən görüş mövzu ilə bağlı tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.