Modern.az

"Qarabağ" azarkeşlərə yenidən müraciət etdi  

Aktual

27 Sentyabr 2017, 15:53

"Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliya "Roma"sı ilə keçirəcəyi oyun ərəfəsində azarkeşlərə yenidən müraciət edib.

 

"Qarabağ" Futbol klubundan Modern.az-a verilən məlumatda Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir.

 

Xahiş olunur ki, tamaşaçılar yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.

Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI