Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin istefa verməsi rəsmi olaraq təsdiqlənib.
Bu barədə Modern.az-a sədri müavini Fərhad Nəcəfov məlumat verib.
O qeyd edib ki, sədrin istefaya göndərilməsilə bağlı məlumatlar həqiqəti əks etdirmir:
“Azər müəllim səhhətində yaranan problemlə bağlı şəxsən istefa ərizəsi yazıb. Buna kimsə tərəfindən məcbur edilməyib”.
F.Nəcəfov bildirib ki, sədr vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə olunub:
“Yeni sədr seçilənədək Azər Tağıyev bu səlahiyyəti mənə həvalə edilib”.
O bildirib ki, sabiq sədrə prezident təqaüdü verilməsi üçün ölkə rəhbərliyinə müraciət olunacaq:
“Hələlik Kollegiyaya gəlib-gedir”.