Cinayət Məcəlləsinin 57.3 (Ömürlük azadlıqdan məhrum etmə) maddəsinə əsasən, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Modern.az-ın məlumatın görə, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı belə deyib.
O bildirib ki, hazırda bu məcəllənin 57.4-cü maddəsinə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilir.
“Dəyişikliklə “15” il “10” illə əvəz edilir. Yəni, bu o demək deyil ki, ömürlük cəzaya məhkum edilənlər 10 ildən sonra azadlığa buraxıla bilər. Burada 25+10 hesablanır. Yəni, 35 il olacaq”.
“Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamı məhkəmə sitemində bir canlanmaya təkan verib”.
Bunu isə Ali Məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifov müzakirə zamanı deyib. Onun szölərinə görə, ölkə başçısının 10 fevral 2017-ci ildə verdiyi sərəncamdan 8 ay müddətində məhkəmə sistemində bir canlanma müşahidə olmaqdadır.
“Belə ki, dövlət ittihamçıları ağır olmayan və ictiami təhlükəlilik törəötməyən cinayət törədən şəxslər barəsində həbs qətiimkan tədbiri seçməməsi təqdimatını verirlər. Bundan əlavə, hətta belə təqdimatlar olanda məhkəmlərdə hakimlər daha cəsarətli olur və belə təqdimatı rədd edirlər”.
Ş.Yusifov əlavə edib ki, məhz buna görə də həbs olunanların sayı azalmaqdadır.
“Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, artıq bu sərəncamdan sonra əvvəlki illərlə müqayisədə həbs olunanların sayı 30 faiz azalıb”.
Ş.Yusifov deyib ki, dəyişikliklər obyektiv və subyektiv səsəbdən irəli gəlib.
“Obyektiv səbəbə Cinayət Məcəlləsində olan boşluq və çatışmazlıqlardan irəli gəlib və bu dəyişikliklər nəticəsində bu boşluq vı çatışmazlıqlar aradan qaldırılır. Məsələn indiyədək külli miqdarda ziyan vuran şəxslərlə bağlı ancaq yüksən cərimə cəza növq seçilirdi və bu da nəticədə məhkəmə qəararlarının icarsında ciddi problemlərə yol açırdı. Məhkəmə qəraralrının icrasını qeyri-mümkün edirdi. Amma orada yeni təkliflərin verilməsi və həbs qətimkan qərarının seçilməsi bu boğluğun aradan qaldırılmasına xidmət edir”.
Subyektiv məqamalra toxunan Ş.Yusifov deyib ki, məhkəmələrdə hakimlər qanundakı boğluq və çatışmazalqıdan istifadə edərək, cəza törədən şəxsə qarşı nəzərdə tutulandan artıq cəza kəsirdi
“Məsələn ağır olmayan, ictimai təhlükə törətməyən cəzalarla bağlı alternativ cəza əvəzinə, ağır cəza seçirdilər. Hətta bir çox hallarda hakimlər mühakimə edilən şəxsə müddəada nəzərdə tutulduğu cəzadan da artıq cəza verirdilər. Ancaq bu dəyişikliklər belə halların qarşısını alacaq”.