Ukraynanın xarici işlər naziri Pavlo Klimkin 2-3 oktyabr 2017-ci il tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir Pavlo Klimkinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 3 oktyabr tarixində saat 11:00 dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.