Modern.az

Patruşev və Mehdiyev Bakıda məsləhətləşmələr aparıblar

Patruşev və Mehdiyev Bakıda məsləhətləşmələr aparıblar

29 Sentyabr 2017, 18:17

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana gəlib.

 

Virtualaz.org istinadən xəbər verir ki, RF Təhlükəsizlik Şurasının katibi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə dini ekstremizm və terrorçuluqla mübarizə mövzularında müzakirələr aparıb.

 

RF TŞ mətbuat xidmətindən mənbəyə bildirildiyinə görə, Patruşev və Mehdiyev Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıblar.

 

“Regional təhlükəsizlik, dini ekstremizm və terrorçuluqla mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq mövzusu müzakirə olunub”, - məlumatda bildirilir. Məsləhətləşmələrə yekun vuraraq Patruşev qeyd edib ki, Rusiya ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli gündəlik məsələlər üzrə strateji tərəfdaşlığın inkişaf etmiş xarakteri ilə seçilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu