Bu gün qadın voleybolçular arasında Avropa çempionatının 1/4 final mərhələsində Almaniya yığması üzərində inamlı qələbə qazanan Azərbaycan milli komandası yarımfinala yüksəlib. Modern.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya millisini ikinci dəfə məğlub edən milli komandamızın qələbəsini alqışlayıblar.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatının “A” qrupunda keçirdiyi sonuncu görüşdə də Almaniya yığması ilə qarşılaşmışdı. Həmin matçda voleybolçularımız 3:1 hesabı ilə qalib gəlmişdilər.