Modern.az

Bakıda kütləvi dava: saxlanılanlar var

Bakıda kütləvi dava: saxlanılanlar var

29 Sentyabr 2017, 20:56

Bakıda kafedə kütləvi dava-dalaş olub. Modern.az lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki "Dəli Kür" kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alıb. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində davada iştirak edən 1994-cü il təvəllüdlü Həsən Ağayevlə 1995-ci ildə anadan olmuş Elvin Əliyev tutulub. Onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu