Rusiyada hərbçi yoldaşlarını güllələyən şəxsin kimliyi bilindi. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Amur vilayətində baş verib. Hadisəni törədən Dağıstan Respublikasının sakini, 1994-cü il təvəllüdlü Həsən Əbdüləhədovdur. Həsən Əbdüləhədov hərbi hissədə atəş açaraq 1 zabit və 2 əsgəri güllələyərək öldürüb.
Qeyd edək ki, onun 2017-ci ilin sentyabrından hərbi xidmətdə olduğu bildirilir. H. Əbdüləhədov hərbi hissədə keçirilən təlim zamanı odlu silahdan atəş açaraq 1 zabit və 2 əsgəri güllələyərək öldürüb. Daha sonra isə 2 hərbçini yaralayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.