Modern.az

Kərpic daşıyan “Kamaz” su çəkilişi üçün qazılan quyuya düşdü

Kərpic daşıyan “Kamaz” su çəkilişi üçün qazılan quyuya düşdü

29 Sentyabr 2017, 21:56

Ağdaşın Aşağı Nemətabad kəndində kərpic daşıyan “Kamaz” markalı yük maşını quyuya düşərək aşıb. Modern.az "Report”a istinadən xəbər verir ki, hadisə su xətti çəkilişi ilə əlaqədar kənd yollarında qazma işi aparan təşkilatın sürücülər üçün xəbərdarlıq nişanı qoymaması səbəbindən baş verib.

Nəticədə 1969-cu il təvəllüdlü sürücü Süleymanov Polad Yusif oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralıya yaxınlıqdakı tibb məntəqəsində ilkin tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu