Modern.az

Hacıqabulda ağır qəza: 2 yaralı

Hacıqabulda ağır qəza: 2 yaralı

29 Sentyabr 2017, 22:45

Hacıqabulda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Qobustan sakini, 28 yaşlı Teymur Telman oğlu Məmmədov və Biləcəri sakini, 29 yaşlı Anar Soltan oğlu Qarayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu