Modern.az

ATƏT PA-nın iclasında Qarabağa qanunsuz səfərlər müzakirə olunacaq

ATƏT PA-nın iclasında Qarabağa qanunsuz səfərlər müzakirə olunacaq

30 Sentyabr 2017, 13:45

Milli Məclis sədrinin müavini, Azərbaycanın  ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.

ATƏT PA-nın payız sessiyasında hansı məsələlər müzakirə ediləcək?

 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Tahir Mirkişili Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, iclasda “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar və yeni vəzifələr" mövzusu üzrə parlament konfransı keçiriləcək.

 

“Əsas müzakirə olunacaq mövzular "Kibertəhlükəsizlilik problemləri", " Ekoloji təhlükəsizlik və iqlim dəyişiklikləri" və "İnsan amilinin ölçülməsi: sabitlik və inkişafın təmin olunmasında təhsilin rolu" olacaq. Hər bir mövzu üzrə nümayəndə heyəti üzvləri müzakirələrə qatılmağı planlaşdırırlar”.

 

T.Mirkişili deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər hər zaman nümayəndə heyəti üçün prioritetdir.

 

“Bütün çıxışlarda bu  məsələ qaldırılır və bu dəfə də planlaşdırılır”.

 

Deputat qeyd edib ki, iclasda nümayəndə heyəti tərəfindən  Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlərlə bağlı da məsələ qaldırılacaq.

 

“Həmçinin Erəminstanın bu səfərləri təşkil etməsi məsələsi qaldırılacaq və əks tədbirlərin görülməsi tələb olunacaq”.

 

Tahir Mirkişili qeyd edib ki, iclasda ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Vigenin bölgəyə səfəri ilə bağlı hesabatı dinləniləcək.

 

“Daha sonra isə hesabatla bağlı gərəkli təkliflər irəli sürüləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu