Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final görüşü keçirilib. Modern.az xəbər verir ki, qızıl medal uğrunda qarşılaşmada Hollandiya milli komandası ilə Serbiya yığması üz-üzə gəlib. Oyun 1:3 hesabı ilə Serbiya voleybolçularının xeyrinə bitib (20:25, 22:25, 17:25).
Beləliklə, Serbiya voleybolçuları Avropa çempionatının qızıl medallarına sahib olublar. Hollandiya milli komandası isə çempionatıın gümüş medalları ilə kifayətlənib.
Qeyd edək ki, bürünc medal uğrunda qarşılaşmada isə Türkiyə millisi Azərbaycan valeybolçularından güclü olub.