Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son tur oyunu keçirilib. Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada "Qarabağ" "Zirə"ni qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada qapılara qol vurulmayıb. Bununla da "Qarabağ" bu çempionatda ilk dəfə yaşıl meydanı qələbəsiz tərk edib.
Qeyd edək ki, hazırda 16 xala malik Ağdam komandası birinci pillədə qərarlaşıb.