Modern.az

“Azərbaycan heç bir “böyük qardaş”la hesablaşmır”  

“Azərbaycan heç bir “böyük qardaş”la hesablaşmır”   

Aktual

2 Oktyabr 2017, 12:35

““Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir. Bu məsələni bir neçə dəfə qaldırmışam. Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir. Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər”.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib ki, maliyyə hesabatlarında şəffaflıq olmalıdır:

"Qeyri-hökumət təşkilatları da şəffaf maliyyə hesabatları təqdim etməlidir".


Komitə sədri deyib ki, hesabat verən partiyalar maliyyənin mənbəyini göstərməlidirlər.

S.Novruzov Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərə də toxunub:

“Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa Şurasının öhdəliklərini tam yerinə yetirir. Elə ölkələri var ki, 10 illərdir, öhdəlikləri yerinə yetirmir. Bu ölkələrlə bağlı tədbir görülmür. Yalnız Azərbaycan və Türkiyə ilə bağlı məsələni qabardırlar. Bu da onu göstərir ki, Azərbaycan müstəqil dövlətdir, heç bir “böyük qardaş”la hesablaşmır. Azərbaycana qarşı qaryaxma kampnaiyasını aparanlar erməni lobbiləri tərəfindən maliyyələşirlər. Azərbaycanın öz dəyərləri var, məsələyə bu prizmadan yanaşmaq lazımdır. Göstəriş vermək lazım deyil”.

Deputat bildirib ki, Azərbaycanın müstəqil siyasət aparması, bütün beynəlxalq təşkilatlarda çox yüksək şəkildə təmsil olunması, iqtidar-xalq birliyi bir sıra qüvvələri narahat edir.

“Bir sıra mənbələrdən Azərbaycan əleyhinə yazılar dərc edilir, bəyanatlar səsləndirilir. Hesab edirəm ki, bu qərəzlilik aradan qaldırılmalıdır. Bəzi beynəlxalq təşkilatlar Azərbaycan haqqında qərəzli qərarlar qəbul etmək istəyirlər. Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkiların üzvüdür və üzərilərinə düşən öhdəlikləri yerinə yerirmir. Amma bunlar haqqında heç bir iş görülmür, qərar qəbul edilmir. Türkiyə və Azərbaycan haqqında isə qərəzli fikirlər səsləndirilir. Bizim siyasət balanslaşdırılmış siyasətdir. Azərbaycan bir çox beynəlxalq, nüfuzlu yarışlara ev sahibliyi edir. Bu da xaricdə yaşayan erməni lobbisini və Azərbaycanda onlara dəstək verənləri narahat etməyə başlayıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu