Modern.az

Parlamentdə laçınlı məmurun cəzalandırılması təklif olundu  

Parlamentdə laçınlı məmurun cəzalandırılması təklif olundu    

Aktual

2 Oktyabr 2017, 12:53

Milli Məclisin bugünkü işclasında deputat Vahid Əhmədov Laçın Rayon İcra Hakimiyyətinin  Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsini qaldırıb.

Modern.az xəbər verir ki, Vahid Əhmədov bununla bağlı Baş prokuror Zakir Qaralova da müraciət edib:

“Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün. Necə ola bilər ki, sən üzərində Azərbaycan pasportu gəzdirirsən, amma Kürdüstan dövlətinin yaradılmasını təbliğ edirsən. Özü də bu məmurdur”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu