Modern.az

Azərbaycan Əfqanıstana 1 milyon dollar yardım edib

Azərbaycan Əfqanıstana 1 milyon dollar yardım edib

Aktual

2 Oktyabr 2017, 14:13

Azərbaycan indiyə qədər Əfqanıstana 1 milyon ABŞ dolları həcmində hərbi yardım edib.


Modern.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında" Sazişin ratifikasiyası zamanı bildirib.

Z. Əsgərov yardımların bundan sonra da davam edəcəyini açıqlayıb.

Sonda sənəd səsə qoyularaq ratifikasiya olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu