Modern.az

BMT-nin Cenevrə bölməsində Azərbaycanın hədiyyə etdiyi abidə açılıb

BMT-nin Cenevrə bölməsində Azərbaycanın hədiyyə etdiyi abidə açılıb

4 Oktyabr 2017, 10:51

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə oktyabrın 3-də BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışı olub.

 

Modern.az-ın məlumatına görə, abidənin açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, mərkəzi qərargahı Cenevrədə yerləşən bir sıra beynəlxalq təşkilatların rəhbərləri, BMT-nin Cenevrə bölməsinin struktur rəhbərləri və əməkdaşları iştirak ediblər.

 

Açılışda BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller çıxış edərək Ariana parkındakı abidələr kolleksiyasını zənginləşdirən maraqlı incəsənət əsərini hədiyyə etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI