Modern.az

Korrupsiya cinayətləri Azərbaycana ildə nə qədər ziyan vurur...  

Korrupsiya cinayətləri Azərbaycana ildə nə qədər ziyan vurur...   

4 Oktyabr 2017, 11:11

Vətəndaşların müəyyən hissəsi  rüşvət verməkdə, təklif  etməkdə  və vasitəçilikdə  maraqlı olur, korrupsiya cinayətlərinin iştirakçılarına cevrilirlər.             


Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada körrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Lakin aşkar olunan korrupsiya rəqəmləri həqiqəti əks etdirmir.

Azərbaycan dövləti korrupsiya  ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir. Ölkə prezidenti dəfələrlə  bu barədə dövlət orqanalarının məmurlarına xəbərdarlıq,  vətəndaşlara   isə bu mübarizədə fəal olamalarını  tövsiyə  etmişdir.  Deməli,  vətəndaşlar çəkinmədən korrupsionerlər barədə şikayət edə bilərlər. Dünya təcrübəsindən belə qənaətə gəlmək olar ki, korrupsioner vəzifəli şəxslərin sayı və dairəsi çoxaldıqca, bu qəbildən olan faktların aşkar olunması məsələsi də çətinləşir. Bu baxımdan  vətəndaşlar əldə etdikləri məlumatların ötürülməsində prinsipal və maraqlı  olmalıdırlar.

Ötən il Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər əhəmiyyətli səviyyədə həyata keçirilmiş, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması səmtində çox iş görülmüşdür. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri iqdisadi sahədə aparılan islahatları tamamlamış, dayanıqlı iqdisadi inkişaf üçün yeni imkanlar yaradılmışdır. Korrupsiyaya qarşı mübarizə və bu problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqaməti kimi  antikorrupsiya islahatlarının innovativ xarakter daşıması ilə yadda qalır. 2016-cı il ərzində korrupsiyaya qarşı beynəlxalq standartlara cavab verən genişmiqyaslı institusional islahatlar  aparılmışdır. İqdisadiyyatın keyfiyətcə yeni  mərhələsinin formalaşması və hayata keçirilən islahatların davamlılığını  təmin etmək məqsədi ilə Prezidentin  2016-cı il 6 dekabr tarixli Fərmanı ilə iqdisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilmişdir. Qeyd edilən geniş miqyaslı islahatlar ölkə üçün yeni perspektivlər və imkanlar yaradır. Dünyada mövcud qlobal iqdisadi böhrana baxmayaraq, 2016-cı ilin yekunlarına əsasən ölkədə qeyri neft sənayesi  inkişaf etmişdir. Korrüpsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi  korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət tərəfindən müdafiəsi müfaviq qanunvericilik aktları ilə təmin edilmişdir.

Vətəndaş cəmiyyəti inistitutları tərəfindən həyata keçirilən monitorinqlərin nəticəsində məlum olur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə  sahəsindəki   tədbirlər səmərə verməkdə davam edir.

 Bu sahədə olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın  mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləmiş, “beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatında “2016-cı il Qlobal Korrupsiya Barometri”  üzrə ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişə nail olmuş,  korrupsiyanın səviyyəsinin  azalması  göstərilmişdir.

Azərbaycan respublikası Baş prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş  İdarəsinin 2016-cı il hesabatında qeyd olunan  6 əməliyyat tədbiri nəticəsində 6 nəfər korrupsioner cinayət başında yaxalanmışdır. Baş idarənin əməliyyat heyəti tərəfindən faktlar üzrə 32 cinayət işi başlanılmış, keçirillmiş əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya  cinayətləri ilə bağlı axtarışda olan 24 şəxs tutulmuşdur. Hüsabat dövründə 480 cinayət işi üzrə 313 vəzifəli şəxs barədə 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması  üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində olan ziyanın 33 milyon 249 manat və ya 16,6%-nin ödənilməsi təmin edilmiş, 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur. Istintaqı aparılmış cinayət işləri üzrə 220 –dən çox vəzifəli şəxslər cinayət  məsuliyyətinə cəlb olunmuşlar. Onlardan 110 vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə dələduzluq etmiş, 34 nəfər vəzifə səlahiyyətlərini aşmış, 10 nəfər rüşvət almağa görə təqsirlənmiş, 14 nəfər  rüşvət verməyə görə məsuliyyətə cəlb olunmuşlar. Göründüyü kimi vətəndaşların rüşvət verməyə meyli hələ də az deyil. Bu çox ciddi faktordur və korrupsiyanı doğuran səbəblərdəndir. Vətəndaşlardan gələn rüşvət təklifi bu sahə ilə mebarizədə vətəndaş təşəbbüslərinə ciddi ziyan vurur. Korrupsiya hallarına qarşı çıxmaq əvəzinə vətəndaşlar bu cinayətin iştirakçılarına cevrilməsi dövlətin cinayətkarlıqla mübarizə siyasətinə   zərər vurur.

Azərbaycan Respublikasının Baş prokurorun yanında yaradılan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətə başladığı gündən bu günə qədər 1800-dən çox cinayət işi, aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. İcraatda olan Cinayət işləri sırasında 70 faktdan çox rüşvətxorluq; vəzifəsindən sui-istifadə halları üzrə 150-dən çox; qulluq mövqeyindən istifadə etmək və qarətlə müşayət edilən 500-dən çox cinayət iş materialları olmuşdur.

Bu cinayətlər nəticəsində dövlətə 200 milyon AZN-dən çox  ziyan dəymiş,  122 mln manatın büdcəyə keçirilməsi təmin edilmişdir. Təbii ki, rəqəmlər düşünməyə və cəzanın sərtləşdirilməsinə əsas verir.
 

 Ümumiyyətlə korrupsiya faktları barədə məlumat verən vətəndaşların dövlət tərəfindən müdafiəsi belə cinayətlərin qarşısını almağa kömək edə bilərmi? – Sualı da  az səslənir. Düşünürəm ki, böyük təsiri ola bilər. Vətəndaşlar bu növ cinayətkarlıqla, onun mütəşəkkil növləri ilə mübarizədə dövlət orqanlarına dəstək verməlidirlər. Bu, onların  vətəndaşlıq borcudur.  Dövlət başcısı bu istiqamətdə ötkəm və prinsipialdır. Belə mövqe hər bir vəzifəli şəxsə ciddi mesaj verir. Zənnimcə vətəndaşlar tərəfindən vəzifəli şəxslərin ələ alınmasına çalışmasının özü korrupsiyaya şərait yaratmaqdır. Rüşvət tələb olunsa da verilməsə və hüquqlarının müdafiəsinə çalışsalar  korrupsiya dəhlizini daraltmaq olar. Amma bəzən KİV-də dərc edilən faktlara reaksiyanın verilməməsi baş verən hərəkət və ya hərəkətsizliklərlə “barışmaq”,”razılaşmaq” meylini təsdiqləyir.

 Bakı Metropolitenin sabiq rəisinin MTN-ə rüşvət verməsi faktının KİV-də bəyan etməsi ciddi korrupsiya əlamətidir. Və yaxud Rabitə və İnformasiyaları Texnoloğiyaları  sabiq naziri Əli Abbasovun “rüşvət  verməsi” və “alması” da belə şəxslərin zəif təfəkküründən, ya da qeyri peşəkarlığından xəbər verir. Hərəkətlərinin, danışdıqlarının ya fərqinə varmırlar, ya da dediklərini anlamırlar. Qeyd olunanlar dövlətin korrupsiyaya qarşı  mübarizə  siyasətinə də xələl gətirir.

Ailə, Qadın və Uşaq Problemləi üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin, keçmiş MTN generallarının, Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil İdman Mərkəzinin sabiq direktorunun vəzifələrində sui-istifadələrinin açkarlanması  bu istiqamətdə mübarizənin canlı təzahürüdür.  Belə  qənaət  hasil olur ki,  dövlət qulluqçuları   içdikləri anda sədaqət göstərsələr, əhəmiyyətli səviyyədə korrupsiya faktları azala bilər. Söhbət vətənə və etibar edilən etimada sədaqətdən gedir. Digər tərəfdən əmək haqlarının artırılmasına  ciddi ehtiyac var.

Ötən il ərzində 13 hakim korrupsiya hüquqpozmalarına görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə hakimiyyətində davam edən ciddi demokratik islahatlar dövlətin daxili siyasəti ilə üst-üstə düşür, səmərə verir. Son illər yalnız hüquqi erudiyasına, daxili inamına, bilik səviyyəsinə, peşəkarlığına və qabiliyyətinə görə hakim korpusuna daxil olanların sayı artır.  Ədliyyə Nazirliyinin kollegiyası sözün həqiqi  mənasında obyektiv, ədalətli və şəffavlıq prinsiplərinə üstünlük verməklə islahatları  davam etdirir.

İctimai münasibətlərə zidd hərəkətləri   törədənlərə qarşı cəza sərtliyi ilə yadda qalmalı, vətəndaşlarda ikrah hissi  oyatmamalıdır. Korrupsiya ölkə daxilində iqdisadi inkişafa real əngəl yaradır, onun buxovlayır, cəmiyyəti  maliyyə böhranına  aparır.  Məmur nüfuzu korrupsioner hərəkətlərin qurbanına cevrilir.

Korrupsiya , insan alveri, narkotik vasitələrin qanunsuz dövriyəsi və terrorçuluq cinayətləri mütəşəkkil cinayətkarlığın  bir-birilə sıx bağlı sahələridir, belə cinayətlərlə mübarizə bütün dünyada problem olaraq qalır. Mütəşəkkil qrup və dəstələrin siyasi himayədarları, hərbi və maliyyə imkanları çox geniş, (hətta bank hesabları) olduğuna görə mübarizə tam səmərə vermir. Ona görə də, dünya ictimaiyyəti bu işdə maraqlı olmalıdırlar.

Bəs inkişaf etmiş ölkələrdə vəziyyət necədir?

RF-nın sabiq Maliyyə Naziri A.Kudrin qeyd edir ki, ölkədə il ərzində korrupsion rüşvətxorluğun həcmi 300 mlrd. dollar təşkil edir. Hər il büdcəyə ciddi ziyan dəyir.

 Mütəxəssislərin qənaətinə görə korrupsiya demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir. Rüşvətin müəyyən faizi məmurların vəzifələrinə olan xəyanətləri ilə bağlıdır. Rusiya Federasiyası DİN-nin statistik rəqəmlərinə görə, korrupsiyanın ümumi həddini 2 hissəyə bölünür: məmurların rüşvətxorluğu ümumi rüşvətxorluğun 20% təçkil edirsə, yerdə qalan 80% aşağı hissələrdə baş verən korrupsiyaya aiddir.

Bu sırada hakimlər, müəllimlər, hüquq-mühafizə orqanalrının əməkdaşları durur. Vəziyyətin təhlilindən belə qənaətə gəlmək olar ki, Rusiyada  yüksək çinli məmurların rüşvəti il ərzində 9 mln rubldan çox olur. Lakin,  aparılan mübarizənin də səmərəsi  azdır.   RF dünyada korrupsiyanın səviyyəsinə görə 127-ci yerdədir. Narahatlıq doğuran məsələ ondan ibarətdir ki, vətəndaşların ¼ hissəsi rüşvətxorluqda,  rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə şəxsən maraqlı olurlar. Bu istiqamətdə də mübarizə ciddi olmalı, maarifləndirmə işi gücləndirilməlidir.  Əhalinin müəyyən hissəsinin hüquqi dövlətin və vətəndaş cəmiyyətin prinsiplərinin qorunmasında iradə nümayiş etdirməməsi, ictimai nəzarətin   təşkilində iştirakın olmaması   korrupsiyaya şərait yaradan amillərdəndir.

Müqayisə üçün korrupsiya reytinq üzrə sonuncu yeri KXDR, Somali və Əfqanıstan 8 balla yer tutur. Ən yaxşı göstəricisi Danimarka və Yeni Zellandiyaya şamil olunur. 107 ölkə üzrə 114 min insanlar arasında keçirilən sorğunun nəticəsinə görə dünyada hər dörd nəfərdən biri (114 min nəfərin 27%) heç olmasa bir dəfə rüşvət verməsini təsdiq etmişlər. Aparılan tədqiqat əsasında   korrupsiyanın  dünyada   ciddi problem kimi qalması  təsdiq edilmişdir

Ukrayna dövlətində   ictimai rəyə əsasən  Viktor Yanukoviçin prezident olduğu son illərdə korrupsiya görünməmiş həddə  olmuşdur.  Hər il 160 mlrd. qriven leqal dövriyyədən məmurların cibinə axırmış.  Statistik xidmətin təhlilinə görə təkcə korrupsiya istiqaməti üzrə Ukrayna dövləti il ərzində 137 mlrd qriven itirərdi. Gömrük sahəsində olan sui-istifadələrə görə (2013-cü il ərzində)   40 mlrd qriven büdcədən kənar məmurların cibinə, Gömrükdə malların qeydiyyatı zamanı məbləğin yalnız 50% büdcəyə daxil olurdu, qalan hissə müəyyən şəxslərin  sərəncamına keçirmiş. Torpaq sahələrinin icarəsi zamanı verilən rüşvətin məbləği 2013-cü ildə 4.7 mln qrivenə çatırdı. Vergi sahəsində korrupsiyanın məbləği 40 mlrd qriven təşkil edirdi və s.

 Deməli korrupsiya  ilə mübarizə bir dövlətin coğrafiyasında yox hamılıqla, birləşmiş qaydada həyata keçirilməlidir ki, nəticəsi olsun. Bu, ümumibəşəri sosial  bir problemdir. 




Şəmsəddin Əliyev  
Hüququşunas
                                    

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu