Modern.az

Xaçmazda 2 nəfər GÜLLƏLƏNDİ

Xaçmazda 2 nəfər GÜLLƏLƏNDİ

Aktual

4 Oktyabr 2017, 11:52

Xaçmazda iki nəfər güllələnib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə. oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib, sonra “VAZ-21011” markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib.

 

Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

 

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu